SON XƏBƏRLƏR

Respublikaçı senator İranlı və Çinli tələbələrin Amerikaya gəlməsini qadağan edən qanun layihəsini təqdim edib

2025.08.05, 12:05
Respublikaçı senator İranlı və Çinli tələbələrin Amerikaya gəlməsini qadağan edən qanun layihəsini təqdim edib

Alabamadan olan respublikaçı senator Tomi Tubervil iranlı və çinli tələbələrin Amerika universitetlərində təhsil almasını qadağan edən qanun layihəsi təqdim edib.

Gunaz.tv

Onun sözlərinə görə, “düşmən dövlətlər” kimi təsvir edilən bu ölkələrdən olan tələbələr milli təhlükəsizliyə təhdiddir.

“Tələbə Vizasının Dürüstlüyü Aktı” adlanan qanun layihəsi iranlı tələbələrə məhdudiyyətlər qoymaqdan əlavə, qəbul ediləcək beynəlxalq tələbələrin sayına məhdudiyyət qoyur və viza pozuntularına görə cəzaları artırır.

"Biz İran vətəndaşlarının bu ölkəyə gəlməsini dayandırmaq istəyirik; Onlar bura Amerika və onun müttəfiqlərini necə məhv edəcəyini öyrənmək üçün gəlirlər. Biz öz məhvimizəmi hazırlaşırıq?", - Tubervil Fox News-da deyib.

Qeyd edək ki, Tubervil Amerika Senatının təhsil və immiqrasiya komitələrinin üzvüdür.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar