SON XƏBƏRLƏR

KİV: Netanyahu Tramp və Putin arasında gərginliyin azaldılmasında vasitəçi kimi çıxış edir

2025.08.05, 13:09
KİV: Netanyahu Tramp və Putin arasında gərginliyin azaldılmasında vasitəçi kimi çıxış edir

İsrailin Baş naziri Binyamin Netanyahu Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında gərginliyin azaldılmasında vasitəçi kimi çıxış edir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Netanyahuya yaxın mənbələr bildirib.

Məlumata görə, Netanyahu və Putin arasında telefon danışıqlarının bir hissəsi ictimaiyyətə açıqlanıb, lakin bəzi təmaslar məxfi olaraq qalır.

Bu məlumat Trampın Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin təcavüzkar bəyanatlarına cavab olaraq Amerikanın iki sualtı atom qayığının "müvafiq regionlara" yerləşdirilməsi barədə göstəriş verməsindən bir neçə gün sonra yayılıb.

Bundan əlavə, Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukrayna ilə atəşkəs danışıqları aparmaq üçün Rusiyaya gedəcəyini bildirib. Amerika lideri danışıqlarda irəliləyişin əldə edilməyəcəyi təqdirdə yeni iqtisadi sanksiyaların tətbiq ediləcəyi ilə hədələyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar