SON XƏBƏRLƏR

Amerika Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib

2025.08.06, 11:44
Amerika Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib

Amerika Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə TASS-a avia dispetçer dairələrindən məlumat verilib.

“Ötən axşam Amerikadan yola düşən Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb”, - agentliyin mənbəsi bildirib.

Vnukovo hava limanında Stiv Uitkoffu Rusiya İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar