SON XƏBƏRLƏR

Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb

2025.08.07, 11:24
Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb

Amerika prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi Ukraynada müharibənin dayandırılması məsələsində tərəflərin mövqelərinin yaxınlaşdırılmasında əldə edilə biləcək irəliləyişdən asılı olacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Amerikanın dövlət katibi Marko Rubio "Fox Business"a müsahibəsində deyib.

"Bilmirəm, (görüş - red.) gələn həftə baş tutacaq, yoxsa yox, bunu görmək qalır. Məncə, bu, hansı irəliləyiş əldə oluna biləcəyindən asılı olacaq. Çox şey bizim tərəflərin mövqelərini nə qədər yaxınlaşdıra biləcəyimizdən, irəliləyişə nail olub-olmayacağımızdan asılı olacaq", - o deyib.

Dövlət Departamentinin rəhbəri Trampın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarının vaxtını da açıqlayıb.

"Bu, prezidentin yaxın 24-36 saat ərzində burada verməli olacağı qərardır" deyən Rubio, çox şeyin danışıqların necə getməsindən və yaxın iki gündə görüləcək işlərdən asılı olacağını əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar