SON XƏBƏRLƏR

Rəsmi Bakı Azərbaycan səfirinin İran xarici işlər nazirliyinə çağırılmasına münasibət bildirib

2021.10.20, 07:36
Rəsmi Bakı Azərbaycan səfirinin İran xarici işlər nazirliyinə çağırılmasına münasibət bildirib

Gunaz.tv

GünAz TV: Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, Azərbaycan xarici siyasətini müstəqil, balanslaşdırılmış şəkildə həyata keçirir.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundzadə bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirdən İsrailin Azərbaycana 1,6 milyard dollar həcmində silah və hərbi sistemlər satmasına dair razılıq əldə olunması barədə mətbuatda gedən məlumatlarla bağlı izahat istənilib.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Səfirin İran XİN-ə çağırılmasına Azərbaycanın XİN-in mətbuat katibi Elman Abdullayev münasibət bildirib. “Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bu günlərdə biz Xocalı soyqırımının 20 illiyini qeyd etdik. Bu faciə dünyanın gözü önündə törədilib. Ona görə də Azərbaycanın haqqı var ki, öz torpaqlarını geri qaytarsın və bunun üçün əlindən gələni edəcək. Bizim mövqeyimi hər zaman beynəlxalq hüquqa əsaslanıb”, - deyə E. Abdullayev vurğulayıb.

 E. Abdullayev bildirib ki, Azərbaycan xarici siyasətini müstəqil, balanslaşdırılmış şəkildə həyata keçirir: “Biz həmişə mehriban qonşuluq prinsipinə (əsl, ilkə) önəm veririk. Bu siyasət hörmətlə qarşılanmalıdır”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar