SON XƏBƏRLƏR

Azərbaycan prezidenti Fransa Konstitusiya (Anayasa) Şurasının qərarını alqışlayıb

2021.10.20, 07:36
Azərbaycan prezidenti Fransa Konstitusiya (Anayasa) Şurasının qərarını alqışlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Prezidenti Fransa Konstitusiya (Anayasa) Şurasının ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir.

 

GünAz TV mətbuat mərkəzinin www.president.az saytına istinadən yaydığı məlumata görə, dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir.

 

Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu addımı erməni riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar