“Valanews” saytı xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru “Arrow 3” və “Arrow 4”, “Dəmir günbəz”, “Sehrli çubuq” və yerüstü lazer sistemi daxil olmaqla hava hücumundan müdafiə sistemlərinin inkişafı və istehsalını sürətləndirmək üçün əmr verib.
Rəsmi bildirib ki, son əməliyyat zamanı hava müdafiəsindəki müvəffəqiyyət nisbəti gözləntiləri üstələyib, lakin İranın hava hücumları da ciddi qəbul edilməlidir. Xüsusilə atəşkəsdən əvvəlki son saatlarda İsraili vuran raketlərlə bağlı araşdırmalar hava hücumundan müdafiə bölməsinin qiymətləndirmələrinin diqqət mərkəzində olub.
Bundan əvvəl İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Denis Citrinoviç İslam Respublikasının hazırkı vəziyyətini “strateji dilemma” kimi xarakterizə edib və bunun yenidən hərbi qarşıdurmaya səbəb ola biləcəyini deyib.
C