SON XƏBƏRLƏR

Alyaskada Rusiya-Amerika-Ukrayna sammitinin keçirilməsi müzakirə olunmayıb

2025.08.16, 12:20
Alyaskada Rusiya-Amerika-Ukrayna sammitinin keçirilməsi müzakirə olunmayıb

Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada aparılan danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammitin təşkili və keçirilməsi mövzusu müzakirə olunmayıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbərv erir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, dünən Alyaskada keçirilmiş Rusiya-Amerika sammitinə yekun vurulduqdan sonra iki liderin yeni ikitərəfli görüşünün təşkili ilə bağlı qərar qəbul ediləcək.

"Amerika Prezidenti həmkarları ilə əlaqə saxlayacağını və indiki danışıqların nəticələrini onlarla müzakirə edəcəyini söyləyib. Bundan sonra nə edəcəyimizə qərar verəcəyik", - Y.Uşakov qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar