SON XƏBƏRLƏR

Tramp: İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi

2025.08.20, 11:50
Tramp: İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi

“İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi”.

Gunaz.tv

Bunu Amerika prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.

“Onlar bundan istifadə edərdilər”, - Ağ Evin rəhbəri bildirib.

Tramp əlavə edib ki, Amerikanın İranın nüvə obyektlərini bombalaması Tehranın bu cür silahlar hazırlamasına mane olub.

Xatırladaq ki, bu il iyunun 22-nə keçən Amerika Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Donald Trampın sözlərinə görə, İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar