SON XƏBƏRLƏR

İranda polisə hücum edildi- Ölənlər var

2025.08.22, 15:53
İranda polisə hücum edildi- Ölənlər var

Bu gün İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr bölgəsində naməlum silahlı şəxslər iki hərbçi avtomobilinə hücum ediblər.

Gunaz.tv

Bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

İranın rəsmi dövlət mediasının verdiyi məlumata görə, hücum nəticəsində 5 polis həlak olub.

Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, hadisə yerinin mühasirəyə alındığı bildirilir.

Hadisədən bir neçə saat sonra "Ceyş əl-Ədl" silahlı təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Təşkilat, hücum zamanı İran polisinə məxsus silahl və sursatları da ələ keçirdiyini bildirib.

 GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar