SON XƏBƏRLƏR

Amnesty İnternational: İran hökuməti 1980-ci illərdə edam edilmiş məzarların üzərində parkinq tikməklə cinayətləri ört-basdır edir

2025.08.25, 14:35
Amnesty İnternational: İran hökuməti 1980-ci illərdə edam edilmiş məzarların üzərində parkinq tikməklə cinayətləri ört-basdır edir

Beynəlxalq Əfv Təşkilatı sosial media hesabın elan edib ki, İran hökuməti bir sıra edam edilmiş müxaliflərin dəfn olunduğu Beheşt Zəhranın 41-ci sahəsində parkinq tikməklə 1980-cı illərin əvvəllərində kütləvi edamların mühüm sübutlarını məhv edir.

Gunaz.tv

Xatırladaq ki, Tehran merinin müavini keçən həftə bəyan etmişdi ki, bələdiyyə Beheşt Zəhranın 41-ci sahəsini dayanacaqa çevirib.

"Amnesty International" sosial şəbəkələrdəki paylaşımında bu addımı qınayıb və bu əməli o dövrün cəzasız qalmış amansız cinayətləri üçün daha bir xatırlatma hesab edib.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı 1979-cu il inqilabından sonra edam edilənlərin fərdi və kütləvi məzarlarının cinayət yeri hesab edildiyini və sübutların qorunması üçün xüsusi məhkəmə-tibbi ekspertizalar tələb olunduğunu bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar