SON XƏBƏRLƏR

Almaniya XİN: Putin Ukraynada müharibəni dayandırmağa hazır olduğunu dünyaya sübut etməlidir

2025.08.26, 12:43
Almaniya XİN: Putin Ukraynada müharibəni dayandırmağa hazır olduğunu dünyaya sübut etməlidir

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiyaya təzyiq gücləndirilməlidir.

Gunaz.tv

Nazir bunu Amerika, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Ukraynadan olan həmkarları ilə müşavirənin yekunları üzrə “X” hesabında yazıb.

"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olduğunu dünyaya sübut etməlidir. Dünən həmkarlarımla danışdım. Biz yekdil fikirdəyik: Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Rusiyaya təzyiqi gücləndirmək lazımdır", - o yazıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar