SON XƏBƏRLƏR

Bir qrup Urmulu fəal qarşıdakı seçkilərlə bağlı Bəyanat yayıblar

2021.10.20, 07:36
Bir qrup Urmulu fəal qarşıdakı seçkilərlə bağlı Bəyanat yayıblar

Gunaz.tv

GünAz TV: Bir qrup Urmulu milli-mədəni fəal və aktiv öyrəncilər qarşıdan gələn 9-cu dövr parlament seçkiləri ilə bağlı Bəyanat yayıblar.

 

Bəyanatda Urmu və ümumilikdə Qərbi Azərbaycanın demqrafik qurumu nəzərə alaraq bütün soydaşlarımızdan seçkilərdə aktiv iştirak etmək və Azərbaycanın maraqlarına cavab verən namzədlərin dəstəklənməsi tələb olunur.

 

Bəyanatda qeyd olunub ki, hansı namzəd aşağıdakı tələblərə cavab verəcəksə, o namzəd dəstəklənəcək:

1) Ölkədə türk dilinin rəsmi olmasına dair qanunun onaylanması, Anayasanın 15 və 19-cu əsllərinin icrası.

2) Azərbaycanın qərbində fəaliyyət göstərən silahlı terrorçuların siyasi, iqtisadi və mədəni sahələrdəki işğalçılıqlarına qarşı kəskin mübarizə.

3) Urmu Gölünü qurumaqdan qurtarmaq uğrunda kəskin qərarın verilməsi və onun icrası.

4) Azərbaycanda Geniş ictimai və mədəni problemlərə səbəb olan,  iqtisadi çətinlikləri aradan qaldırmaq uğrunda kəskin mübarizə.

5) Azərbaycanın zəngin mədəniyyətinə xüsusi diqqət ayırmaq.

6) Azərbaycanlı fəallar və elitanın (nüxbələr) fikirlərindən bölgə siyasətində istifadə etmək.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar