SON XƏBƏRLƏR

İranın ali hakimi islahatçıları Amerika ilə danışıqlara çağırış etdikləri üçün mühakimə edəcəyi ilə hədələyib

2025.08.26, 14:44
İranın ali hakimi islahatçıları Amerika ilə danışıqlara çağırış etdikləri üçün mühakimə edəcəyi ilə hədələyib

İranın məhkəmə hakimiyyətinin başçısı nüvə proqramı ilə bağlı Amerikayla birbaşa danışıqların tərəfdarı olan islahatçılara qarşı hüquqi tədbir görülməsi barədə xəbərdarlıq edib.

Gunaz.tv

İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei bazar ertəsi deyib: “Ehtiyatsızlıq və ya müəyyən motivlərlə bəyanat yayanlar öz səhvlərini etiraf etməli və bu rüsvayçı hərəkətindən əl çəkməlidirlər”.

Ejeinin xəbərdarlığı İranın İslahat Cəbhəsinin avqustun 17-də uranın zənginləşdirilməsinin könüllü dayandırılması da daxil olmaqla, ölkənin nüvə siyasətində böyük dəyişikliklərə çağırmasından sonra gəlib.

Xatırladaq ki, 27 islahatçı təşkilatdan ibarət koalisiyanın bəyanatı hökuməti zənginləşdirməni dayandırmağa hazır olduğunu bildirməyə və sanksiyaların ləğvi müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) tam monitorinqini qəbul etməyə çağırıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar