SON XƏBƏRLƏR

Amerika Venesuela sahillərinə hərbi gəmilər göndərib

2025.08.28, 13:51
Amerika Venesuela sahillərinə hərbi gəmilər göndərib

Amerika Venesuela sahillərinə Hərbi Dəniz Qüvvələrinə məxsus səkkiz gəmi göndərib.

Gunaz.tv

Bu barədə “Financial Times” məlumat verib.

Nəşrin məlumatına görə, gəmilərdə 4,5 mindən çox Amerika hərbçisi var. Məqalədə qeyd olunur ki, bölgədə bu cür hərbi gəmilərin artırılması nadir haldır.

Qeyd edək ki, bu yaxınlarda Amerika Venesuela Prezidenti Nikolas Maduronun həbsində kömək edə biləcək məlumatlar üçün mükafatı 50 millyon dollara yüksəldib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar