SON XƏBƏRLƏR

Pezeşkian: Əyalət başçıları əyalətin əsl idarəçisi olduqlarını hiss etməlidirlər

2025.08.29, 14:37
Pezeşkian: Əyalət başçıları əyalətin əsl idarəçisi olduqlarını hiss etməlidirlər

Fars Xəbər Agentliyi hesabat dərc edərək Məsud Pezeşkian hökumətinin ölkəni mərkəzsizləşdirmə siyasətini araşdırıb.

Gunaz.tv

Hesabata görə, hökumət ölkənin Tehrandan mərkəzləşdirilmiş idarəçiliyinin səmərəsiz olduğunu hesab edir və bu səbəbdən səlahiyyətlərin qubernatorlara verilməsi əsas siyasət kimi təklif edilib. Bu plana görə, qubernatorlar artıq əyalətdə hökumətin tək nümayəndəsi olmayacaq, eyni zamanda hər bir vilayətin ehtiyaclarına uyğun olaraq “büdcənin idarəsi və inkişaf planlarının müəyyən edilməsi” kimi sahələrdə ən yüksək qərar qəbul edənlər olacaqlar.

Hesabatda bildirilir ki, səlahiyyətlərin vilayətlərə verilməsi ilə yerli investisiyalar asanlaşdırılacaq və istehsalçıların problemləri daha tez həll olunacaq.

Bu planın bəzi tənqidçiləri və tərəfdarları hökumətin addımının ölkədə federal sistemə doğru addım ola biləcəyinə inansalar da, bir qrup müşahidəçi hesab edir ki, indiki mərkəzləşdirilmiş və qeyri-demokratik struktur o qədər dərindir ki, bu tədbirlər müsbət olsa da və bürokratiyanın bəzi problemlərini azalda bilsə də, demokratik federalizmə əsaslanan qeyri-mərkəzləşdirilmiş sistemə nail olmaq üçün qarşıəda hələ uzun bir yol var.

 

C

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar