"Washington Post" İsraillə müharibədən sonra Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarına toxunaraq yazıb: "İran köhnə gizlətmə, təhdid və aldatma oyunlarına qayıdıb. İranın inadkarlığı və əməkdaşlıq etməməsi Amerika hərbi qüvvələrinin yenidən müdaxilə etmə ehtimalını artırır."
Qəzet əlavə edib ki, əgər İran rejimi 12 günlük müharibə zamanı İsrail və Amerikanın hücumlarından dərs almalıdır, “bu dərs odur ki, Amerika İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi güc tətbiq etməkdən çəkinmir”.
Məqalədə daha sonra deyilir ki, Tramp İrana qarşı əməliyyatın Amerikanın milli təhlükəsizliyini qorumaq üçün zəruri olduğuna qərar verərsə, növbəti hərbi hücuma keçə bilər.
C