SON XƏBƏRLƏR

Amerika Rusiyaya məhsul tədarükündə təqsirləndirilən bir neçə ölkənin şirkət və qurumlarına qarşı sanksiyalar tətbiq edib

2025.09.13, 10:19
Amerika Rusiyaya məhsul tədarükündə təqsirləndirilən bir neçə ölkənin şirkət və qurumlarına qarşı sanksiyalar tətbiq edib

Amerika Ticarət Nazirliyi Çində, Hindistanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən bir sıra şirkətlərə qarşı ixrac məhdudiyyətləri tətbiq edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəıbər verir ki, bu barədə məlumat Amerika Federal Qeydiyyatında (hökumətin rəsmi sənədlər toplusu) yerləşdirilib.

Məlumata görə, bu strukturlar Rusiyaya müxtəlif məhsullar göndərməkdə iştirak ediblər.

Qeyd olunur ki, Amerika Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu "32 qurumu qara siyahıya daxil edib".

Onların arasında 20-dən çox Çin şirkəti, 3 Türkiyə, 2 BƏƏ, 1 Hindistan, 1 İran və 1 Sinqapur şirkəti var.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar