SON XƏBƏRLƏR

Avropa İttifaqı Suriyaya qarşı yeni sanksiyalar paketi qəbul edib

2021.10.20, 07:36
Avropa İttifaqı Suriyaya qarşı yeni sanksiyalar paketi qəbul edib

Gunaz.tv

GünAz TV: Sanksiyalar (təhrimlər) əsasən Suriya Mərkəzi Bankı və aviaşirkətləri (hava yolları şirkətləri) əhatə edir.

Suriyaya qarşı beynəlxalq təzyiqlər gücləndirilir. Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısında qəbul edilən Suriyaya qarşı yeni sanksiyalar paketi əsasən Suriya Mərkəzi Bankı və aviaşirkətləri əhatə edir.

Bu arada, Suriyada yeni konstitusiya (anayasa) layihəsi üzrə keçirilən referendumda səslərin sayılması prosesi davam edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyada yeni konstitusiya üzrə referendumun keçirilməsini alqışladığını deyib. Fransa prezidenti Nikola Sarkozi isə Suriyada xarici jurnalistlərin öldürülməsini pisləyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar