SON XƏBƏRLƏR

Wikileaks, İranın nüvə obyektləri ilə əlaqədar şok iddialar yayıb.

2021.10.20, 07:36
Wikileaks, İranın nüvə obyektləri ilə əlaqədar şok iddialar yayıb.

Gunaz.tv

Wikileaks, İranın nüvə obyektləri ilə əlaqədar şok iddialar yayıb.

GünazTV: Beynəlxalq Atom Enerjisi Təşkilatının hesabatında İranın uran zənginləşdirmə fəaliyyəti son zamanlarda inkişaf eləsə də  hələ yeni texnologiyaya keçə bilmədiyini qeyd edib.

Hesabatda gecikmənin xam maddə əskikliyindən  və ya  texnologiya çatışmazlıqdan  qaynaqlandığı mövzusunda məlumat verilməyib.İran prezidenti Mahmud Ahmedinejad isə ötən  həftələrdə çıxışlarında  başqalarıylə müqayisədə  3 qat daha sürətli olan dördüncü qurşaq santrifüj etməyi bacardıqlarını açıqlamışdı.

Wikileaksə aldığı məlumata görə, Amerika Düşüncə Quruluşu Stratfora aid elektron məktubların  birində İsrail İrandakı müxalifətçi kürdlərin  köməyi ilə  İranın nüvə infrastrukturuna zərər verdiyi  xəbər verilir.

Elektron məktubda yazılan iddiaya görə  İsrail bu məqsədlə İrana kürd və yəhudi əsilli iranlıların köməyi ilə bir komando qrupu göndərib. 12 noyabrda   İsfahanda bir nüvə obyektində   17 adamın öldüyü ilə nəticələnən partlamanın  məsulu İsraildir.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar