SON XƏBƏRLƏR

Bəşər Əsədi hərbçilər devirəcək

2021.10.20, 07:36
Bəşər Əsədi hərbçilər devirəcək

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Suriyada baş verən proseslərlə bağlı Vaşinqtonun gözləntisini açıqlayıb.

Hillari Klinton deyib ki, ABŞ Suriya ordusu və təhlükəsizlik qüvvələrinin Bəşər Əsəd rejimini devirmək üçün özündə güc tapacağını proqnozlaşdırır (öngörür).  Hillari Klinton bildirib ki, artıq Bəşər Əsədin ətrafındakı insanların alternativlər barədə düşünməyə başladıqları barədə bir çox mənbədən məlumatlar alırlar: “Bəşər Əsədin ətrafındakı insanlar öz xalqlarını məhv etmək istəmirlər”.

 ABŞ dövlət katibi Misir və Tunisdə baş verən qiyamları da ordunun rolunu da xatırladıb və bu ölkələrdə məhz hərbçilərin diktator rejiminə son qoyduqlarını söyləyib: “Biz eyni hadisənin Suriyada da baş verəcəyini gözləyirik”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar