SON XƏBƏRLƏR

İranın Baş Qərargahın Tədqiqat Mərkəzinin rəhbəri daxili birliyi gücləndirməyə çağırır

2025.10.03, 15:01
İranın Baş Qərargahın Tədqiqat Mərkəzinin rəhbəri daxili birliyi gücləndirməyə çağırır

"Ölkə gərginliyin artması və İsrailin hücumu təhlükəsi fonunda silahlı qüvvələrdə daxili birliyini gücləndirməlidir."

Gunaz.tv

Bunu İranın Baş Qərargahının tədqiqat mərkəzinin rəhbəri Həsən Rastgərpənah deyib.

“Biz bu düşmənin fitnələrini və hiylələrini daima izləməli və ən kiçik bir addım atsalar, onlara sarsıdıcı, məqsədyönlü və ağıllı cavab verməliyik.” - deyə o bildirib.

Rejimin baş qərargahının daxili birliyi gücləndirməyə yönəlmiş çağırışları 12 günlük savaş dönəmində İsrailin iranlı şəxslərin yardımından istifadə edərək İrandakı önəmli hədəflərə zərbələr endirməsi ilə bağlıdır.

Görünür rejim baş vermə ehtimalı günü-gündən artar yeni İran-İsrail qarşıdurmasında İran daxilindən qarşı tərəfə kəşfiyyat məlumatları ötürənlərin yeni dalğasının yaranmasından ehtiyat edir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar