SON XƏBƏRLƏR

Quzey Koreya Amerika ilə Güney Koreyanın birgə keçirdiyi hərbi təlimləri yeni müharibə elanı hesab edir

2021.10.20, 07:36
Quzey Koreya Amerika ilə Güney Koreyanın birgə keçirdiyi hərbi təlimləri yeni müharibə elanı hesab edir

Gunaz.tv

GünAz TV: Quzey Koreya bunu cavabsız qoymayacağını bildirib.

Güney Koreya ilə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) birgə keçirdiyi hərbi təlimləri Pxenyan qəzəblə qarşılayıb. Quzey  Koreyanın açıqlamasında deyilir ki, bu təlimlər Pxenyanın suverenliyinə yönələn zərbədir. Təlimləri yeni müharibənin elanı hesab edən Quzey Koreya bunu cavabsız qoymayacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ və Güney Koreyanın birgə keçirdiyi təlimlərdə 200 min Güney  Koreya, 2100 Amerika hərbiçisi iştirak edir. Təlimlər aprelin 30-dək davam edəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar