SON XƏBƏRLƏR

SEPAH komandiri: Mossad İranda böyük kəşfiyyat şəbəkəsi qurub

2025.10.11, 12:00
SEPAH komandiri: Mossad İranda böyük kəşfiyyat şəbəkəsi qurub

Mossad İranda böyük kəşfiyyat şəbəkəsi qurub və istəsə telefon əlaqələrini belə kəsə bilər.

Gunaz.tv

Bunu İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin keçmiş komandiri Hüseyn Alayi deyib.

Onun sözlərinə görə İsrailin hazırki casusluq şəbəkəsi onilliklər ərzində hazırlanıb.

"Sionist rejim İrana hücumunu iyirmi il əvvəl planlaşdırıb və ən güclü kəşfiyyat şəbəkələrindən birini ölkəmizdə cəmləyib" - deyə Alayi yerli televiziyaya müsahibəsində bildirib.

"Mən inanıram ki, Mossad dünyadakı ən güclü casusluq strukturunu İran daxilində qurub. Onlar bütün lazımi təşkilati işləri gördülər və buna çox pul xərclədilər." - o qeyd edib.

Xatırladaq ki, İyun müharibəsindən bəri 700-dən çox İran vətəndaşı İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb. İran hakimiyyətinin bildirdiyinə görə, İsrailin xeyrinə casusluqda ittiham olunanların edamları son aylarda artıb və ən azı 10 nəfər bu cür ittihamlarla edam edilib.

Alayi qeyd edib ki, İsrail ölkə içərisinə casus sızdırmaqla yanaşı qabaqcıl müşahidə texnologiyalarından da istifadə edir.

“Onlar peykləri İran üzərində fokuslayıblar və bütün rabitə şəbəkələri vasitəsilə məlumat toplamaq üçün sistemlər qurublar. Düşünürəm ki, onlar bütün İran şəbəkələrini, hətta stasionar telefonları da izləyə biləcək imkanlara sahidirlər.” - o qeyd edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar