SON XƏBƏRLƏR

366-cı alayın (həng) keçmiş zabitindən Xocalı etirafları: "Qoy azərbaycanlılar məni bağışlasınlar"

2021.10.20, 07:36
366-cı alayın (həng) keçmiş zabitindən Xocalı etirafları: "Qoy azərbaycanlılar məni bağışlasınlar"

Gunaz.tv

GünAz TV: Rusiyada dərc olunan nüfuzlu "Nezavisimaya qazeta"da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda keçirilmiş izdihamlı ümumxalq yürüşü haqqında geniş məqalə dərc olunub.

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı məlumata görə, məqalədə deyilir ki, 20 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı Xocalı şəhərində erməni silahlı dəstələrinin törətdikləri qətliamı unutmur. Bu faciəli hadisə unudulmazdır. Çünki Xocalı şəhərini işğal edən erməni silahlıları qadın, qoca və uşaqlara rəhm etmədən öldürüb və cəsədləri təhqir ediblər.

Məqalədə Xocalının işğalı zamanı öldürülənlərin sayı da göstərilərək qeyd edilir ki, 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülərək təhqirlərə məruz qalıb, 8 ailə tamamilə məhv edilib, 24 uşaq hər iki valideynini itirib, 150 Xocalı sakininin taleyi bu günədək məlum deyil.

Məqalədə Xocalıda baş verənlərin soyqırımı olması haqqında sənədlərdən bəhs olunur və Xankəndidə yerləşdirilmiş keçmiş SSRİ-nin (Şurəvi) 366-cı motoatıcı (piyadə nizam) alayının (həng) zabiti (əfsər), polkovnik (sərhəng) V.Savelyevin xüsusi idarənin rəisinə yazdığı hesabatdan bir parça da dərc edilib. V.Savelyev hesabatında yazıb: "...Gözümün qabağında baş verən faktlar (gərçəklər) haqqında susmaq fikrində deyiləm. Uşaqların, qocaların və hamilə qadınların güllələnməsini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar, bu qanlı hadisənin qarşısını almağa mənim imkanım çatmırdı".

Məqalədə erməni silahlılarının dinc azərbaycanlıları işgəncə ilə öldürmələri haqqında sənədlərin mövcudluğu qeyd olunur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar