SON XƏBƏRLƏR

Suriyada referendum keçirildi

2021.10.20, 07:36
Suriyada referendum keçirildi

Gunaz.tv

GünAz TV: Etiraz yürüşlərinin davam etməsinə baxmayaraq, dünən Suriyada yeni konstitusiya (anayasa) ilə bağlı referendum keçirilib.

 

Yeni konstitusiya üç ay içində çox partiyalı parlament seçkiləri vəd edir.

 

Müxalifət seçkiləri boykot edərək, onu “komediya” adlandırıb və Bəşər Əsədi istefaya çağırıb.

 

Ölkənin 14.6 milyon seçicisi üçün 13 min seçki məntəqəsi təşkil edilib. Referendum seçkilərində Bəşər Əsədin özü də iştirak edib.

 

Ölkədə referendumun keçirilməsinə baxmayaraq, bir sıra ərazilərdə toqquşmalar davam edib. İğtişaşlarda 30 nəfər həlak olub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar