SON XƏBƏRLƏR

Tramp Amerikanın müharibələrdə iştirakını istisna etməyib

2025.11.11, 10:58
Tramp Amerikanın müharibələrdə iştirakını istisna etməyib

Amerika prezidenti Donald Tramp bildirib ki, o, Vaşinqtonun hər hansı müharibədə iştirak etməsini istəmir, lakin hərbi ssenari yaranarsa, ölkəsi sərt şəkildə addım atacaq.

Gunaz.tv

Tramp bu barədə “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.

“Mən müharibələrdə iştirak etmək istəmirəm. Amma əgər müharibə vəziyyətində olsam, biz tez qalib gələcəyik və bu çox sərt olacaq”, - o deyib.

Tramp bir daha vurğulayıb ki, o və administrasiyası doqquz ay ərzində səkkiz münaqişəni dayandırıb. Lakin hansı münaqişələrdən söhbət getdiyini dəqiqləşdirməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar