SON XƏBƏRLƏR

Xocalı Qurbanları Unudulmadı

2021.10.20, 07:36
Xocalı Qurbanları Unudulmadı

Gunaz.tv

Xocalı Qurbanları Unudulmadı

GünazTV: Xocalı soyqırımının 20inçi ildönümündə, qurbanlar bir çox ölkədə xatırlandı.

Xocalı qırğınının ildönümü səbəbindən Amerika Birləşmiş Dövlətlərinin New York şəhərində Birləşmiş Millətlər binasının önündəki parkda etiraz nümayişi təşkil edildi.

Azərbaycan New York Cəmiyyəti tərəfindən təşkil edilən etiraz nümayişinə Azərbaycan Türkləri  və Türkiyə vətəndaşları əllərində Azərbaycan və Türkiye bayraqlarıyla qatıldı və Ermənistanı qınadı.

Almaniyanın paytaxtı Berlinin simvollarından Yıxıq Kilsənin qarşısında toplanan Azərbaycan Türkləri və Türkiyəlilər Xocalıdakı soyqırımın etiraz etdi, Qarabağa azadlıq şüarları atdı.

İsveçin paytaxtı Stockholmda, ildönümü səbəbindən təşkil edilən yığıncaqda edilən danışmalarda soyqırımın əsnasında Erməniləri Rusların dəstəklədiyi ifadə edildi.

Xocalı soyqırımın qurbanları Misirin paytaxtı Qahirədə təşkil edilən bir simpoziumla xatırlandı.Qırğızıstanın paytaxtı Bişkekdə İmam Əli Məscidinin həyətində Xocalı Qırğınının fotoşəkilleri iştirak etdiyi sərgi açıldı.

Hollandiyanın paytaxtı Amsterdamda ildönümü səbəbindən açılan sərgidə uşaqların etdiyi şəkillərlə soyqırım qurbanları xatırlandı.

soyqırım qurbanları üçün Krım Avtonom Respublikasının paytaxtı Akmescitdə də mərasim təşkil edildi.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar