SON XƏBƏRLƏR

Suriyada Referendum Necə keçiriləcək ?

2021.10.20, 07:36
Suriyada Referendum Necə keçiriləcək ?

Gunaz.tv

Suriyada Referendum Necə keçiriləcək ?

GünazTV: Şəhərlərin döyüş sahəsinə döndüyü ölkədə bütün gözlər Bazar günkü Referendumda.Suriyada müxalifətin qalası Humusda ağır yaralı sivillərin texliye etmek üçün ayrılan qısa müddəli atəşkəsin ardından qarşıdurmalar yenidən şiddətləndi.İnsani kömək təşkilatları sıx atəş altında yaralıları təxliyə etməyə çalışır.

Ölkənin ikinci böyük şəhəri Halepədə sıçrayan hadisələrdə ən az əlli adam həyatını itirdi.Qarşıdurmaların Şamın kənar məhəllələrindən sərhəd qəsəbələrinə qədər yayıldığı ölkədə Bazar günü yeni anayasa  üçün referenduma gediləcək.

Referendumun şiddətli qarşıdurmaların yaşandığı  məskunlaşma yerlərində necə edilə biləcəyi isə maraq mövzusudur.Yeni anayasada Baas Partiyasının Suriya xalqını təmsil etmə təkəlini qaldırır, dövlət başçısının vəzifə müddətini iki dövrlə məhdudlaşdırır.

Ölkə iqtisadiyyatının sosializmə görə təşkil edilməsini nəzərdə tutan ibarenin də çıxarıldığı yeni anayasanın ardından üç ay sonra da seçkilərin ediləcəyi ifadə edilir.Ancaq referendumu boykot edəcəklərini açıqlayan Suriya müxalifəti bu addımları qeyri-kafi və gecikmiş olaraq xarakterizə edir.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar