SON XƏBƏRLƏR

Fransa Senatında Xocalı soyqırımı məsələsi qaldırılıb

2021.10.20, 07:36
Fransa Senatında Xocalı soyqırımı məsələsi qaldırılıb

Gunaz.tv

GünAz TV: Xocalı Soyqırımı getdikcə dünyanın gündəminə gəlir. Fransa Senatının sessiyasında (cələsə) Xocalı soyqırımı məsələsi qaldırılıb.

GünAz TV mətbuat mərkəzinin Trend-ə istinadən yaydığı məlumata görə, Fransa Senatının fevralın (February) 23-də keçirilən sessiyası (cələsə) zamanı "aktual (günsəl) məsələlər üzrə hökumətə suallar" proseduru (rəvənd) çərçivəsində Azərbaycan üzrə dostluq qrupunun sədr müavini senator Natali Qule çıxışında bildirib ki, Fransa Azərbaycana məxsus torpaqların, yəni Dağlıq Qarabağ və ətraf 7 rayonun (şəhər məntəqə) Ermənistan tərəfindən işğalı səbəbindən bu günədək 30 000 qurban və bir milyondan artıq məcburi köçkünə səbəb olmuş Ermənistan-Azərbaycan silahlı münaqişəsinin tənzimlənməsi üzrə məsul Minsk qrupuna həmsədrlik edir.

 Qule çıxışında deyib ki, bir neçə gündən sonra ermənilərin 106-sı qadın və 83-ü uşaq olmaqla 613 mülki azərbaycanlını qətlə yetirdikləri Xocalıdakı qırğının 20-ci ildönümü qeyd ediləcək.

 Deputatın (millə vəkili) sözlərinə görə, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilməni tələb edən 4 qətnaməsinə - 822, 853, 874 və 884 saylı - baxmayaraq münaqişə davam etməkdədir.

 Qule xatırladıb ki, məhz elə bu səbəbdən də "erməni soyqırımı"nın mövcudluğunun inkarını cəzalandıran qanun layihəsi azərbaycanlı dostlarımızın gözündə o dərəcədə ermənipərəst, beləliklə də, fransız həmsədrliyinin neytrallığını (tərəfsizliyini) pozan addım kimi görünüb ki, onlar bu həmsədrliyin digər bir ölkə tərəfindən əvəzlənməsi istəyinə düşüblər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar