SON XƏBƏRLƏR

Yəmənin yeni prezidenti seçilib

2021.10.20, 07:36
Yəmənin yeni prezidenti seçilib

Gunaz.tv

GünAz TV: Əbd Rəbbu Mənsur Hadi Yəmən prezidenti seçilib. Bunu ölkənin Ali Seçki Komissiyasının sədri Məhəmməd Hüseyn əl-Həkimi elan edib.

 

Onun sözlərinə görə, fevralın (February) 21-də keçirilmiş seçkilərdə yeganə namizədə seçicilərin 99,8 faizi səs verib. Seçkidə seçici fəallığı 65 faiz olub.

 

Yəmənin yeni prezidenti bu gün parlamentin millət vəkilləri qarşısında and içəcək. Bazar ertəsi isə andiçmə mərasimi keçiriləcək. Mərasimdə ölkənin sabiq prezidenti Əli Abdullah Saleh də iştirak edəcək. O, səlahiyyətlərini xələfinə rəsmən təhvil verəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar