SON XƏBƏRLƏR

Yeni Etiraza Çağırış: “Təbrizdə Xocalı Soyqırımı ilə bağlı SMS-lər yayılıb”

2021.10.20, 07:36
Yeni Etiraza Çağırış: “Təbrizdə Xocalı Soyqırımı ilə bağlı SMS-lər yayılıb”

Gunaz.tv

GünAz TV: Xocali Soyqırımının 20-ci ildönümü münasibəti ilə Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə, soydaşlarımız arasında genişmiqyasda SMS yayılıb.

 

Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, İran rejimi Xocalı Soyqırımı ərəfəsində Təbrizdə Ermənistanlı müğənninin musiqi konsertini təşkil edib. Yayılan SMS-lərdə rejimin bu xəyanətkar hərəkəti kəskin şəkildə məhkum edilib və soydaşlarımız yeni Kütləvi Etiraza çağırılıb.

 

SMS-lərdə qeyd olunub ki, “Qarabağ şiələrinin erməni daşnakları tərəfindən qətliamının ildönümündə, Təbrizdə erməni musiqisi konserti keçiriləcək. Azərbaycanın qeyrətli və şüurlu milləti bu faşisti və antitürk hərəkəti şiddətlə qınayır.

 

Görüş:

Zaman: fevralın 26-ı (isfəndin 7-i), yerli vaxtla saat 16:00

Yer: Təbriz, cənubi Şəriəti xiyabanı, Şəhnaz dördyoluna çatmamış, Ermənilərin xəlifəgəri binasının qarşısı

“Rus, fars, erməni – Bütün türkün düşməni””

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar