SON XƏBƏRLƏR

İranla Ermənistan arasında dəmir yolu çəkiləcək

2021.10.20, 07:36
İranla Ermənistan arasında dəmir yolu çəkiləcək

Gunaz.tv

GünAz TV: İslam Respublikası (Cümhuriyyəti) ilə Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistan arasında bütün sahələr üzrə əlaqələr davam etməkdədir.

Tehran hakimiyyəti İran-Ermənistan dəmiryolunun tikintsinə hazır olduğunu bildirib. Bu haqda İslam Respublikasının Enmənistandakı səfiri Seyid Əli Saqaian Yerevan Dövlət Unniversitetində çıxışı zamanı bildirib. Bu barədə Teleqraf.az «Nyus.am»-a istinadən xəbər yayıb.

O, xatırladıb ki, bu yaxınlarda Rusiya, İran və Ermənistanın nazir müavinlərindən ibarət işçi qrupunun bu məsələyə dair toplantısı keçirilib.

Məlumata görə, layihə 1,5 -2 milyard dollar arası dəyərləndirilir.

Qeyd edək ki, 2010-cu ilin mayında Ermənistan Avrasiya iqtisadi şurasının antiböhran fonduna (zəminində) tikinti ilə bağlı müraciət edib. Layihədə Çin tərəfinin də iştirakının mümkünlüyü müakirə olunur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar