SON XƏBƏRLƏR

Avropa Birliyi Ukraynaya növbəti tranş həyata keçirib

2025.12.22, 16:36
Avropa Birliyi Ukraynaya növbəti tranş həyata keçirib

Avropa Komissiyası Ukraynaya maliyyə sabitliyini və dövlət idarəçiliyini dəstəkləmək üçün 2,3 milyard avro ayırıb.

Gunaz.tv

Bu, Ukrayna Dəstək Mexanizmi aləti çərçivəsində altıncı müntəzəm ödənişdir.

Məlumata görə, bu mexanizm dövlət büdcəsinin sabitləşdirilməsinə və ölkənin Avropa İttifaqına (Aİ) üzv olması üçün lazım olan struktur islahatların həyata keçirilməsinə dəstək verməyə yönəlib.

Bundan əlavə, Aİ Ukraynaya altıncı tranş da daxil olmaqla, 2024-cü ilin mart ayından bu günə qədər ümumilikdə 26,8 milyard avro məbləğində vəsait ayırıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar