SON XƏBƏRLƏR

Xocalı Soyqırımı ilə bağlı möhtəşəm film hazırlanıb

2021.10.20, 07:36
Xocalı Soyqırımı ilə bağlı möhtəşəm film hazırlanıb

Gunaz.tv

GünAz TV: Xocalı soyqırımından bəhs edən film bu həftə bütün kinoteatrlarda (sinəma) nümayiş olunacaq.

Fevral (February) ayının 26-da Azərbaycanın bütün kinoteatrlarında Vahid Mustafayevin "Xoca" filminin nümayişi başlayacaq.

 Bu film - uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir.

 Bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı (piyadə nizam)  alayının (həng) bizim torpaqlara gətirdiyi dəhşətli söz olan "soyqırımı" haqqındadır. Fevral ayının 26-da, 20 il öncə gecə bu dəhşətli faciə törədildi. Bəllidir ki, bütün ədalətsiz işlər məhz gecələr törədilir.

 Vahid Mustafayevin yeni filmi müəllifi olduğu, bizim bilməli və xatırlamalı olduğumuz Azərbaycanın yeni tarixinin səhifələrindən biridir.

 Beləliklə, "Xoca" filmi fevralın 26-da ölkənin bütün ekranlarında olacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar