SON XƏBƏRLƏR

İstanbulun bütün məscidlərində Xocalı soyqırımının qurbanlarının xatirəsinə xütbə oxunub

2021.10.20, 07:36
İstanbulun bütün məscidlərində Xocalı soyqırımının qurbanlarının xatirəsinə xütbə oxunub

Gunaz.tv

GünAz TV: Dünən İstanbulun bütün məscidlərində cümə namazından əvvəl Xocalı soyqırımının qurbanlarının xatirəsinə xütbə oxunub.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, oxunan xütbədə 1992-ci il fevralın ()February 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində baş verən soyqırımı xatırladılıb: “Azərbaycanın mülki vətəndaşları ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinin iyirminci ildönümündə dost və qardaş Azərbaycan xalqının acılarını ürəkdən paylaşırıq. Bu mənfur hadisə zamanı həlak olan bacı və qardaşlarımıza uca Tanrıdan rəhmət diləyirik. Erməni işğalı altında olan Azərbaycan torpaqlarının tezliklə azad edilməsini arzulayırıq”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar