SON XƏBƏRLƏR

Suriyada kütləvi qırğın davam edir: 103 ölü

2021.10.20, 07:36
Suriyada kütləvi qırğın davam edir: 103 ölü

Gunaz.tv

GünAz TV: Prezident Bəşər Əsədin tabeliyində olan qüvvələrin dünən Homsu bombardmana tutması nəticəsində 103 nəfər həlak olub.

 

“Reuters”-ın məlumatına görə, ölənlərin çoxu mülki şəxslər olub, o cümlədən partlayışlarda 14 uşaq və bir qadın da qətlə yetirilib.

 

Etirazçıların dediyinə görə, dünən Homsda 36, Hama vilayətində 32, Apella və ətrafında 5 nəfər həlak olub.

 

Təhlükəsizlik qüvvələri həmçinin Hasaka şəhərində Əsədin qardaşı Basselin heykəlini devirmək istəyən 10 nəfəri öldürüb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar