SON XƏBƏRLƏR

HƏMAS: “İran Qəzza bölgəsi hökumətinin əsas himayədarıdır”

2021.10.20, 07:36
HƏMAS: “İran Qəzza bölgəsi hökumətinin əsas himayədarıdır”

Gunaz.tv

GünAz TV: İran İslam Respublikası (Cümhuriyyəti) Qəzza bölgəsindəki “HƏMAS” hökumətinin əsas himayədarıdır.

Gün.Az-ın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu cümə günü “HƏMAS”-ın siyasi bürosunun üzvü İzzət əl-Reşek Londonun “əş-Şərq əl Ausat” qəzetinə bildirib.

“İran Qəzza bölgəsindəki hökumətin əsas sponsorudur (himayədarıdır), onun köməyi olmadan biz 45 min nəfərin əməkhaqqılarını ödəyə və səhiyyə, təhsil və digər sahələrdə əhaliyə xidmət göstərə bilməzdik” - deyə əl-Reşek  qeyd edib.

 “Ümid edirik ki, digər ərəb dövlətləri də İran kimi bizə kömək edəcəklər... Ərəb və müsəlman ölkələrinin yardımından imtina etməyəcəyik” - deyə, əl-Reşek əlavə edib.

O bildirib ki, “HƏMAS” İranla münasibətlərə zərər yetirməyə çalışan istənilən ərəb dövləti ilə əməkdaşlıqdan imtina edəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar