SON XƏBƏRLƏR

Nahid Aslan: ”Azərbaycanın təbliğində xaricdə yaşayan və təhsil alan gənclərimizin imkanlarından yararlanmalıyıq”- Müsahibə

2021.10.20, 07:36
Nahid Aslan: ”Azərbaycanın təbliğində xaricdə yaşayan və təhsil alan gənclərimizin imkanlarından yararlanmalıyıq”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “No Aggression, No Occupation International Forum” (“İşğal və Təcavüzə Yox” Beynəlxalq Forumunun) rəhbəri, ictimai fəal Nahid Aslandır.

 

- Bu gün Xocalı Soyqırımının təbliğ olunmasında gənclərimizin üzərinə hansı məsuliyyətlər düşür?

 

- Nəzərə alsaq ki, gənclik aparıcı mexanizm olaraq dövlətin siyasi sferasında (dairəsində)  fəal  iştirak edir. Bu baxımdan  gəncliyin  üzərinə  böyük yük düşür,  həm də bu yük bir vətəndaşlıq  borcudur. Əgər bir dövlətin tarixində faciə xarakterli proseslər (sürəc) baş verirsə o dövlətin gəncliyi bu faciəyə hüquqi qiymətin verilməsi ilə bağlı mütəmadi tədbirlər planı həyata keçirməlidir. Azərbaycan xalqı  XX  əsrin dəhşətli faciələrindən hesab olunan  Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən  “Qaradağlı”,  “Xocalı” faciələri ilə  üzləşmişdir.  Xocalı faciəsi  Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.  Beynəlxalq hüquqda bu tipli hadisələr “Vandalizim” və “Genosid” siyasəti adlanır. Ölkəmizdə və dünyanın hansı ölkədə yaşamasından asılı olmayaraq, bu faciəli tarix hər bir azərbaycanlı  üçün unudulmazdır  və  bunun təbliğ olunması ermənilərin törətdikləri terror hadisələrini dünya ictimaiyyətinə çatdırmaq, bu faciəyə hüquqi qiymətin verilməsinə nail olmaq lazımdır.

Son zamanlar ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi nəticəsində gənclərimiz müstəqil şəkildə tarixi  həqiqətləri  dünya  ictimaiyyətinə çatdırmaq yönümündə bir sıra tədbirlər həyata keçirmişlər. “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi, dünyanın bir sıra ölkələrində “Xocalı faciəsi” ilə bağlı memorial komplekslərin ucaldılması, bu günlərdə  qardaş Türkiyədə  silsilə  tədbirlərin  həyata  keçirilməsi  və bu tədbirlərdə gənclərin üstünlük təşkil  etməsi, bunu deməyə əsas verir  ki,  gənclərimiz öz məsuliyyətlərini hiss edirlər. Əgər nəzərə alsaq ki,  erməni diasporu  uzun illərdir ki, dünya ictimaiyyətini “qondarma erməni soyqırımı”na  inandırmaqda yorulmaz fəaliyyətlə  məşğuldur, gəncliyimiz daha əzmlə çalışmalıdır. Əminəm ki, haqlı mücadiləmizdə Allahın rəhmi və gənclərimizin iradəsi ilə qalib gələcəyik.

 

- Bu  məsələdə gənclərimizin fəallığını artırmaq üçün nə etmək lazımdır?

 

-Düşünürəm ki,  xaricdə təhsil  alan  və yaşayan  gənclərimizi  diaspor təşkilatlarına  cəlb  etmək,  onlara tədbirlər keçirmək və təbliğat mexanizmi ilə məşğul olmaq istiqamətində dəstək olmaq, cox vacibdir. Xarici dövlətlərdə fəaliyyət göstərən diasporamızın   Qaraabağ  həqiqətlərini  dünya  ictimaiyyətinə  obyektiv şəkildə  çatdırmaq  üçün Türkiyə diasporası  ilə birgə fəaliyyət göstərməsi daha  məqsədəuyğundur,  çünki “Qarabağ problemi” ümumilikdə türk dünyasının  problemidir.  Fikrimcə, gənc mütəxəssislərin “Qarabağ problemi”nin həllinə cəlb olunması  problemin  həlli  istiqamətində yeni bir mərhələnin başlanmasına səbəb ola bilər.

 

Söhbətləşdi: Elnur Eltürk

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar