SON XƏBƏRLƏR

BMT Əsədi bəşəriyyətə qarşı cinayətlərdə ittiham edib

2021.10.20, 07:36
BMT Əsədi bəşəriyyətə qarşı cinayətlərdə ittiham edib

Gunaz.tv

BMT-nin insan haqları şurasının komissiyası bu barədə məxfi siyahı tərtib edib.BMT-nin insan haqları şurasının komissiyası Suriyada Bəşər Əsəd rejimini bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham edib.Bu barədə "Deyli Teleqraf" qəzeti komissiyanın bu cür cinayətlərə aidiyyatı olan şəxslərin məxfi siyahısına istinadən yazır. Suriyada bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilənlərin kim olduğu məlum olmasa da, onların arasında prezident Bəşər Əsədin də olduğu ehtimal edilir. Qeyd edək ki, BMT-nin insan haqları şurasının komissiyası bu məxfi siyahını dünən, Tunisdə "Suriyanın dostları" adlı toplantı ərəfəsində təqdim edib. Görüş Ərəb Ölkələri Liqasının təşəbbüsü ilə keçirilir. Konfransda 70-ə yaxın ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa və Türkiyənin nümayəndələri iştirak edir. Görüşün nəticəsi olaraq, Bəşər Əsədə ultimatum qəbul edilə bilər. Çin və Rusiya bu görüşdə iştirak etmir. Onlar Suriyaya müdaxilənin əleyhinə çıxırlar. Qeyd edək ki, Suriya insan haqları müdafiəçiləri ölkədə 11 aydır davam edən nümayişlər və iğtişaşlar zamanı 7500-dən çox adamın öldürüldüyünü iddia edir. BMT isə bu rəqəmin rəsmi olaraq, 6000-ə yaxın olduğunu bildirir.

 

 

 

D.O

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar