SON XƏBƏRLƏR

Türkiyə Ermənistanla sərhəddə hərbi təlimlərə başladı

2021.10.20, 07:36
Türkiyə Ermənistanla sərhəddə hərbi təlimlərə başladı

Gunaz.tv

Türkiyə Ermənistanla sərhəddə hərbi təlimlərə başlayıb.Qars şəhərində keçirilən hərbi təlimləri şəxsən Türkiyə prezidenti Abdullah Gül izləyib. “Qış-2012” adlandırılan hərbi təlimi eyni zamanda Türkiyə baş nazirinin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz da izləyib. Abdullah Gül 2007-ci ildə Türkiyə prezidenti seçildikdən sonra keçən müddət ərzində ilk dəfə hərbi təlimdə iştirak edib. Türkiyə prezidenti hərbi təlimləri izlədikdən sonra “Qürur duydum” deyə ifadə edib. Hərbi təlimlərə xüsusi nanotexnolagiya əsasında hazılrlanmış kamuflyaj geyinən Abdullah Gül Türkiyə ordusunun hər şeyə hazır olmalı olduğunu da bildirib. Qeyd edək ki, qış təlimləri Türkiyə ordusunda hər il keçirilir. Hərbi təlimin məqsədi əsgərlərin döyüş qabiliyyətini yoxlamaq və onların soyuq hava şəraitinə nə dərəcədə hazır olduqlarını müəyyənləşdirməkdir.

 

 

 

D.O

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar