SON XƏBƏRLƏR

Jirinovski: Üçüncü dünya müharibəsi başlaya bilər

2021.10.20, 07:36
Jirinovski: Üçüncü dünya müharibəsi başlaya bilər

Gunaz.tv

Rusiyada daha bir falçı peyda olub. Bu, Rusiya prezidentliyinə namizəd, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskidir. Vladimir Jirinovski dünən Moskvanın Puşkinski meydanında azsaylı tərəfdarlarının qarşısında mitinqdə çıxış edərkən bu yay İran ətrafında üçüncü dünya müharibəsi başlaya biləcəyini qeyd edib. Belə ki, Jirinovsi Suriya ilə məsələ birdəfəlik həll ediləndən sonra İrana hərbi müdaxilə olacağını iddia edib. LDPR liderinin sözlərinə görə, bundan sonra Azərbaycan Dağlıq Qarabağa hücuma keçəcək. Vladimir Jirinovskinin iddialarına görə, bu məsələdə Türkiyə Azərbaycana yardım edəcək. "Suriya əzilən kimi, İrana da zərbə endiriləcək. Azərbaycan dərhal bundan Dağlıq Qarabağı yenidən ələ keçirmək üçün istifadə edəcək. Ermənistan buna qarşı çıxacaq, Türkiyə isə Azərbaycanın tərəfində olacaq. Beləliklə də, 2012-ci ilin yayında ölkəmizi müharibəyə cəlb edə bilərlər" - Vladimir Jirinovski belə deyib. Liberal-demokratların lideri həmçinin vurğulayıb ki, Rusiya məhz buna görə öz cənub sərhədlərini qorumalıdır. Vladimir Jirinovskinin mitinqə Rusiya polkovniki şinel və papağında gəlməsi onu heç də “cənab hərbi strateq” adkandırmağımıza əsas vermir. Onun əsas istedadı görünür ki, ona irsən keçən boş-boş sözçülükdür. LDPR liderinə məsləhətimiz budur ki, ermənilərin problemi ilə məşğul olmaqdansa başını Rusiyanın öz problemləri ilə qatsın. Dağlıq Qarabağa gəldikdə isə bu torpaqlar Azərbaycanın ərazisidir və elə bizim ərazimiz olaraq da qalacaq. Coğrafiyanı yaxşı bilmək lazımdır cənab Jirinovski. Axı xəritədə hər şey tam aydın əks olunub.

 

 

ANSPRESS

 

 

D.O

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar