SON XƏBƏRLƏR

Vaşinqton Hindistana İran neftindən imtina etmək üçün kömək təklif edib

2021.10.20, 07:36
Vaşinqton Hindistana İran neftindən imtina etmək üçün kömək təklif edib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti İrandan enerjidaşıyıcıları almaqdan imtina etməyin müqabilində Hindistana öz köməyini təklif edib.

 “APA-ECONOMICS”in “Bloomberg”ə istinadən xəbərinə görə, Hindistan İran neftini almaqdan imtina etsə, ABŞ-ın vasitəçiliyi ilə İraq və Səudiyyə Ərəbistanı ilə neft alqı-satqısına dair müqavilə imzalaya bilər.

 ABŞ bununla Avropa Birliyinin İrana qarşı sanksiyalarının (təhrimlərin) effektivliyini (təsirini) artırmağa çalışır. Bu il yanvarın (January) 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına sanksiya tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul (July) 2012-ci ilədək yerinə yetirilməlidir.

 Qeyd edək ki, ötən ay Hindistanın İrandan neft alışı rekord səviyyəyə çatıb - gündəlik 550 min barel (boşka). Hazırda İran neft satışına dair Çinlə danışıqlar aparır. Öz növbəsində Səudiyyə Ərəbistanı İranın müştərilərinin enerjidaşıyıcılarına olan ehtiyacını ödəmək iqtidarında olduğunu bəyan edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar