SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə xarici işlər nazirləri ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə ediblər

2026.02.08, 20:56
Azərbaycan və Türkiyə xarici işlər nazirləri ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə ediblər

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional proseslərlə bağlı son vəziyyəti nəzərdən keçiriblər.

Gunaz.tv

Rəsmi mənbələrin məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar günü, 8 fevral tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Danışıq zamanı tərəflər Bakı–Ankara arasında müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlığı, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar daxilində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Telefon danışığında regionda mövcud təhlükəsizlik vəziyyəti də diqqət mərkəzində olub. Nazirlər eyni zamanda Yaxın Şərqdəki proseslər, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, bu telefon danışığı Azərbaycan və Türkiyə arasında siyasi və diplomatik koordinasiyanın davamı çərçivəsində həyata keçirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar