SON XƏBƏRLƏR

BMT: Suriyada 8000 nəfər öldürülüb

2021.10.20, 07:36
BMT: Suriyada 8000 nəfər öldürülüb

Gunaz.tv

Suriyada insan hüquqları bəşəriyyətə qarşı cinayət hesab oluna biləcək dərəcədə genişmiqyaslı, sistematik və kobud şəkildə pozulur. Bu qənaətə Suriyada insan hüquqlarının pozulması hallarını araşdıran komissiya gəlib. Komissiya BMT-in insan hüquqları üzrə Şurası tərəfindən yaradılıb. Ötən gün komissiyanın hesabatı Cenevrədə açıqlanıb.Komissiya müstəqil ekspertlərə istinadən bildirir ki, Suriyada böhran dövründə 8 mindən çox adam ölüb. Hökumət isə ölənlərin 4 min nəfər olduğunu iddia edir. Hesabatda deyilir ki, 18 mindən çox adam həbs edilib və ya saxlanılıb. Komissiya hesab edir ki, Suriya hökuməti uşaqların müdafiəsi istiqamətində heç bir cəhd göstərmir. Etirazlar zamanı azı 500 uşaq ölüb.Komissiya BMT-nin insan hüquqları üzrə Ali komissarına Suriyada insan hüquqlarının pozulmasına görə daha çox məsuliyyət daşıyan şəxslərin siyahısını təqdim edib. Siyahıda hakimiyyət əleyhinə silahlı qruplaşmaların nümayəndələrinin də adları var.

 

ANSPRESS

 

D.O

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar