SON XƏBƏRLƏR

Güneylilər Dünya Ana Dili Gününü qeyd edirlər

2021.10.20, 07:36
Güneylilər Dünya Ana Dili Gününü qeyd edirlər

Gunaz.tv

Gün Az TV: 21 Fevral (2 isfənd) Dünya Ana Dili Günüdür. Bu önəmli gün Güney Azərbaycanda hər il müxtəlif mərasimlərlə qeyd olunur.

 

Son məlumata görə, Dünya Ana Dili Günü münasibəti ilə Güney Azərbaycanın Qəzvin şəhərinin divarları milli şüarlarla bəzədilib. Müxtəlif divarlar o cümlədən universitetlərin divarları üzərində “Haray Haray mən türkəm”, “Yaşasın Azərbaycan”, “Dünya Ana Dili Günü qutlu olsun”, “Ay-ulduz rəsmi” və ... kimi şüarlar yazılıb.

 

“Səhənd” sənəti universitetin öyrənciləri isə əllərində plakat nümayiş etdirib və universitetin öyrənciləri arasında gül paylayıblar.

 

Xoy şəhərinin “Əllamə Helli” mədrəsəsinin tələbələri isə Dünya Ana Dili Gününü tort (keyk) kəsərək qeyd ediblər. Tortün üzərində Ay-ulduz rəsmi görünməkdədir.

 

Qeyd edək ki, bu tip mərasimlər Güney Azərbaycanın müxtəlif şəhərlərində keçirilib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar