SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı səsləndirilən mahnıya görə 91 gün həbs qərarı verildi

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı səsləndirilən mahnıya görə 91 gün həbs qərarı verildi

Gunaz.tv

GünAz TV: Milli-mədəni fəal, Azərbaycan “Qaya” rəqs qrupunun müdiri Əlirza Hüseynzadə 91 gün həbsə məhkum edilib.

 

Hüseynzadə bundan öncə yaxalanıb və Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında 3 aydan çox saxlanılıb. Buna səbəb onun toy mərasimində Urmu Gölü ilə bağlı mahnının səsləndirilməsi olub.

 

Səsləndirilən mahnı ilə bağlı musiqi ustadı Həsən Dəmirçi də olmaqla daha bir neçə nəfər ETTELAATa sorğu-suala tutulmaq üçün çağırılıblar.

 

Bir müddətdə sonra soydaşlarımız dosye ilə bağlı sistemin əleyihinə təbliğ və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə günahlandırılaraq Təbrizin inqilab məhkəməsində mühakimə olunublar.

 

Məhkəmə ittihamlara baxdıqdan sonra Əlirza Hüseynzadəni 91 gün həbsə məhkum edib.

Məhkəmə qərarını aşağıdakı LİNKdən izləyə bilərsiniz:

http://www.up98.org/upload/server1/02/c/5d6pgaa3scm2la7vlyn0.jpg

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar