SON XƏBƏRLƏR

Azərbaycanlı yazıçı və şair Fəranək Fəridin məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Azərbaycanlı yazıçı və şair Fəranək Fəridin məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycan Qadın Hərəkatının fəalı azərbaycanlı yazıçı və şair xanım Fəranək Fəridin məhkəmə iclası keçirilib.

 

Fəranək Fərid fevralın 21-i (isfəndin 2-i) Təbrizin inqilab məhkəməsində bir neçə yazıçı və şair azərbaycanlı xanım, qadın haqları fəalı və qadın vəkillərinin iştirakı ilə keçirilən məhkəmə iclasında mühakimə olunub.

 

Soydaşımız yazdığı məqalələr, verdiyi müsahibələr və ölkə xaricində konfranslarda iştirak etdiyinə görə sistemin əleyhinə təbliğdə və kompüterində bulunduğu bəzi şəkillərə görə rəhbəri təhqir etməkdə günahlandırılır. Halbuki onun məqalələri və çıxışları yalnız qadın haqları ilə bağlıdır.

 

Fəranək Fərid bir müddət öncə yığıncaqlarda iştirak etdiyi üçün ümumi asayişi pozmaq ittihamı ilə mühakimə olunmuşdur. Yalnız məhkəmə qərarı hələdə açıqlanmayıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı ziyalı xanım 2011-ci il sentyabrın 3-ü (1390-cı il şəhrivərin 12-i) Təbrizdə Urmu Gölünün quruldulması ilə bağlı keçirilən kütləvi etirazlar zamanı tutuqlanıb və 41 gün müvəqqəti saxlanıldıqdan sonra sərbəst buraxılıb. Hökumət qüvvələri onu yaxalarkən zor tətbiq edib və döyərək naməlum istiqamətə aparmışdılar. O, aldığı zərbələrdən ciddi xəsarət almışdır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar