Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Yazıcılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, şair Hafiz Hacxalıldır.
- Hafiz bəy, ədəbi yaradıcılığınızda Güney Azərbaycan və bütövlük ruhu hansı yerdə durur?
- Fikrimcə, bu gün Azərbaycan adlı böyük bir məmləkətin övladlarının əksəriyyəti itirilmiş torpaqlarımızın birləşməsi arzusu ilə yaşayır. Sözsüz ki, mizanı pozulan, haqqı nahaqqa əyilən bir dünyada istəklərimizi, arzularımızı həyata keçirmək üçün iqtisadi və siyasi dayaqlarımızı gücləndirib müasir yenilikçi bir orduya sahib olmalıyıq. Çünki bütövləşməyə, birləşməyə gedən yol sözdən yox, silahdan keçir. Bu gün biz dünyada insan hüquqlarının qorunması üçün qəbul olunmuş bütün Konvensiyaların (konvansyon)), ən ali qanunların tərəfdarı kimi çıxış edirik. Torpaqlarımızın bu günün tələbi ilə desək 20 faizi zəbt olunub. Lakin tarixi araşdırdıqca görürük ki, biz Vətənimizin 80 faizini itirmişik. Artıq düşmənimizi və düşmənlərimizi tanıyırıq. “Ağız birliyinə və Oğuz birliyinə” nail olmaq üçün bütün türk dünyası bu gün dünyanı idarə etmək arzusunda olanlardan sözün yaxşı mənasında ibrət götürməlidir. Gəlin özümüzə sual verək: indiki Ermənistan dövləti nə üçün tarixi Azərbaycan torpaqlarında yaradıldı? Cavab sadə və anlaşılandır. Azərbaycanı böyük türk dünyasından təcrid etmək.
Güney Azərbaycan məsələsi təkcə siyasi məsələ deyil, həm də birbaşa milli kimliyə, mənəviyyata, ədəbiyyata təsir edən bir məsələdir. Bu qədim Azərbaycan torpağı, vətənimizin bir parçası ədəbiyyatımızda yetərincə təbliğ olunub və bu gün də olunur. Səməd Vurğun, Süleyman Rüstəm, Şəhriyar, Səhənd kimi böyük şairlərimizin əsərlərində Təbriz həsrəti, birləşmək arzusu ən gözəl sözlərlə ifadə olunub. Şəhriyarın “Heydərbabaya salam” poemasını oxumaq yetər ki, cənub həsrətini, vətən yanğısını bütün varlığınla hiss eyləyəsən. Hələ o zaman Səhənd üzünü əmmaməli qanıçənlərə tutub deyirdi:
Ancaq bir sözüm var-mən də insanam,
Dilim var, xalqım var, yurdum-yuvam var.
Yerdən çıxmamışam göbələk kimi-
Adamam, haqqım var, elim, obam var.
Sərhəd dirəkləri canı-candan, qardaşı-bacıdan, oğulu-atadan ayırsa da, qanı-qandan, dili-dildən ayıra bilmədi. O taydan bu taya əsən həsrət küləkləri yanan ürəklərdəki qovuşmaq arzusunu daha da alovlandırdı və bu alov birləşmək, bir olmaq ideyasına, xalq yolunda ruhunu bayraq edən oğulların azadlıq hərəkatına təkan verdi. Bu gün də həmin mübarizə davam edir. Nigar Xiyavi, Kiyan Xiyav, Rəsul Yonan, Uğur Olqar, Məlihə Əzizpur, Səkinə Purhəsən, İsmayıl Ülkər kimi cənublu qandaşlarımızın əsərlərində ədəbi mücadilə davam edir. Sözsüz ki, bir türk övladı və yazar kimi mən də cənubla bağlı mövzulara müraciət edirəm. “Təbrizim”, “Mənim türk babalarım”, “Mənim Araz dərdim” şeirlərimdə və bir sıra məqalələrimdə Təbriz-Vətən həsrətimi dilə gətirirəm.
Mənim Araz dərdim
Arazı qurban kəsdilər,
Qanı aramızdan axır.
“Gülüstan”dan bu günədək
Şimalı cənuba baxır.
Boğazına bıçaq deyil,
Ay qılınc çəkilən Araz.
Gəl sənə bir ağı deyim.
Gözləri tökülən Araz.
Danışmağa çatmaz gücün,
Gözündən qanlı su axar.
Səhər-axşam sularında
Neçə nakam arzu axar.
Lal suların coşar-daşar.
Nifrətimə bülöv olmaz.
Sən olduqca aramızda.
Azərbaycan bütöv olmaz.
Yuxu getməz gözlərimə,
Göyərdikcə suçum mənim.
Düşmənimə gücüm çatmaz.
Sənə çatar gücüm mənim.
Səni özündə boğaram,
Qabağını kəsib bir gün.
Səni başıma çəkərəm.
Bu tikanlı məftillərdən,
Hər dalğanı asıb bir gün.
Ərdəbili qucaqlayıb,
Gedərəm Təbrizə sarı.
Yox, saxlamaz daha məni,
Nə bu sərhəd məftilləri,
Nə fars adlı qan hasarı.
- Necə düşünürsünüz Güney məsələsini ədəbiyyatımızda yetərincə işıqlandıra bilmişikmi?
- Bəli, güneylə bağlı ictimai və bədii həyatda yetərincə işlər görülür.
- Hər xalqın siyasi-ictimai şüurunun formalaşmasında ədəbiyyatın böyük rolu var. Millətimizin milli enerjisini ortaya qoymaq üçün nə etmək lazımdır?
- Mənim fikrimcə ədəbiyyat “diri söz” deməkdir. Çünki söz əbədidir, həmişəyaşardır. Ədəbiyyat da siyasətin bir parçasıdır və o əsgər kimi Vətənin qoruqçusudur.
Böyük Səməd Vurğun deyirdi:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.
XXI əsr kürəsəlləşmə əsridir və bu əsrin artıq qəbul olunmuş öz qayda-qanunları var. Azərbaycan dövləti və millətimiz dünyada gedən prosesləri (sürəci) yaxşı bilir və çalışırıq ki, milli varlığımızı qoruyub gələcək nəsillərimizə bütöv Azərbaycanı bəxş edək. Bu gün Təbrizi, Dərbəndi, Borçalını, Zəngəzuru, İrəvanı və Qarabağı azad etmək üçün siyasi əqidəsindən, kimliyindən asılı olmayaraq hər kəs “Fədailər marşı” oxumalıdır. Çünki zaman dəyişdikcə, yaddaşımızın korşalmasının şahidi oluruq. Müxtəlif əyləncələr, şoular milləti öz varlığından qoparmağa, tarixini, keçmişini unutmağa sövq edir. Ancaq millətimizin fədailəri unutmamalıdır ki, o torpaqlar bizi gözləyir və əsas odur ki, düşmən tanınsın, düşmənçilik unudulmasın.
Bir şeyi də unutmayaq ki, hayları və bütün düşmənlərimizi təbliğatla, ölməz ruhlu, milli kimliyə, türklüyə söykənən ədəbiyyatla, torpağı namus kimi qorumaqla və sərrast atılan güllələrlə öldürmək olar.
- Bu gün kürəssəlləşən dünyada, artıq milli ədəbiyyatın öldüyü haqqında fikirlər güclənməkdədir. Bu haqda deyilənlərlə razılaşırsınızmı?
-Əslində kürəsəlləşmə özünə qayıdış deməkdir. Və mən kürəsəlləşməyə var olmaq, özünü təsdiq etmək üçün bir şans kimi baxıram. Ədəbiyyata gəlincə, o heç zaman ölmür, xüsusilə də milli ədəbiyyatımız. Bu ədəbiyyat vasitəsilə biz dilimizi, tariximizi, böyüklüyümüzü qoruyub-saxlaya bildik. Böyük Nizamiləri yetirən bir millətin ədəbiyyatı ölə bilərmi? Bu ədəbiyyat olmasa, biz faciələrimizi, qəhrəmanlıqlarımızı bizdən sonra gələnlərin, daha doğrusu tarixin yaddaşına həkk edə bilmərik.
Mən milli ədəbiyyatımızın ölməsi kimi fikirlərlə razılaşmıram. Milli ədəbiyyatımıza o adamlar ölü kimi baxır ki, o öz milli kimliyini doğma dilimizdə, ana türkcəmizdə milli ədəbiyyatın gücü ilə deyə bilmir. Bu gün ədəbiyyatımızda güclü söz sahibləri var və onların içində gənclərin əksəriyyət təşkil etməsi məni çox sevindirir. Aqil Camal, Ələmdar Cabbarlı, Namiq Hacıheydərli, Əkbər Qoşalı, İlqar İlkin, Qismət, Günay Ümid, Qılman İmanlı, Zərdüşt, Nərmin Hüseynzadə, Aqşin, Günel Mövlud, Oktay Hacımusalı kimi gənclərimizin uğurları məni sevindirir. Ən əsası söz ölməsin. Çünki hər şey sözdən başlayır. Onu silaha çevirib bütün torpaqlarımızın azadlığına, Vətənimizin bütövlüyünə nail olmaq isə bizim borcumuzdur. Sonda Elnur bəy sizə təşəkkür edirəm ki, hər zaman cənubla, türk dünyası ilə bağlı mövzulara toxunur, bizləri bir amal uğurunda birləşməyə çağırırsınız. Təşəkkür edirəm.
Söhbətləşdi: Elnur Eltürk
N.S
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü