SON XƏBƏRLƏR

DÜZƏLİŞ: Mehdi Əjdəri və Məhəmməd Xakpur hələ də təkadamlıq kamerada saxlanılırlar

2021.10.20, 07:36
DÜZƏLİŞ: Mehdi Əjdəri və Məhəmməd Xakpur hələ də təkadamlıq kamerada saxlanılırlar

Gunaz.tv

 

DÜZƏLİŞ: Mehdi Əjdəri və Məhəmməd Xakpur hələ də təkadamlıq kamerada saxlanılırlar

Günaz TV: Ərdəbil şəhərindən olan iki milli fəal, Mehdi Əjdəri və Məhəmməd Xakpur Fevral ayının  19-u Ərdəbil şəhərində tutuqlanmışlar və hələ də Ərdəbil şəhərinin İttilatının təkadamlıq kamerasında saxlanılırlar. Bu şəxslər bundan öncə də dəfələrdə tutuqlanmışlar.

Mehdi Əjdəri, Ərdəbildə olan evlərində tutuqlanmışdır. Görənlərin bizə bildirdiyinə görə İttilaat məmurları Mehdi bəyin ata evinə hücum etmişlər. 10 nəfər məmur, hücum edib Mehdi bəy və qardaşı İslam Əjdərini tutuqlamışlar. Məmurlar evdə axtarış edərək, kitablar, dərgilər və bilgisayarını özləri ilə aparmışlar.

Məhəmməd Xakpur da Fevral ayının 19-u Ərdəbil şəhərində mağazasında tutuqlanmış və Ərdəbil İttilaat idarəsininin təkadamlıq kamerasına verilmişdir.

Bizə gələn bilgilərə görə İslam Əjdəri, Mehdi Əjdərinin qardaşı 20 Fevralda azadlığa buraxılmışdır.

Bu tutuqlamaların 21 Fevral Dünya Ana dili Günü ilə bağlı olduğu güman edilir.

M.R  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar